...

Azərbaycanda "Xalq Kompüteri" pilot layihəsinin əsas mərhələsinin gerçəkləşdirilməsi üzrə saziş imzalanıb (FOTO)

Telekommunikasiya Materials 30 İyun 2010 13:03 (UTC +04:00)

Аzərbaycan, Bakı, 30 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, "Microsoft" və HP şirkətləri çərşənbə günü Bakıda "Xalq kompüteri" layihəsinin əsas mərhələsinin gerçəkləşdirilməsi üzrə razılaşma imzalayıblar.

Bu şirkətlər tərəfindən həyata keçirilən "Xalq kompüteri" pilot layihəsi çərçivəsində müəllimlər arasında səkkiz minə yaxın kompüter satılıb. Bu kompüterlər aşağı qiymətlərə (40 faizə qədər endirim), faizsiz kredit şərtləri ilə verilib.

Layihə çərçivəsində təqdim olunan kompüterlər orta məktəblərin müəllimləri üçün nəzərdə tutulub və onların satışı bazar qiymətindən 25-40 faiz aşağı qiymətə, 12 aylıq faizsiz kredit şərtləri ilə həyata keçirilir.

"Azərbaycan hökuməti tərəfdaşlarla birlikdə hazırladığı "Xalq kompüteri" layihəsinin yalnız müəllimlər deyil, eləcə də məktəblilər, tələbələr və təhsil sahəsində digər işçilər üçün nəzərdə tutulması barədə qərar qəbul edib", - çərşənbə günü Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Bu gün Bakıda "Microsoft Azerbaijan" Şirkəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,Təhsil Nazirliyi və HP, "Bestcomp", "Ultra" şirkətlərinin təşkilati dəstəyi altında "İnnovasiya günü" keçirilir.

Xəbər lenti

Xəbər lenti