...

Dövlət rabitə operatoru Şəki telekommunikasiya qovşağının montaj tutumunu artırıb

Telekommunikasiya Materials 17 İyul 2010 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Şəki telekommunikasiya qovşağının (TKQ) montaj tutumunu 25,3 min ədədədək artırıb. Bunlardan 24,6 mindən çoxu abonentlər tərəfindən istifadə olunur. Bu barədə nazirliyin məlumatında deyilir.

Yaxın vaxtlarda operator 2,3 mindən çox abonent nömrələrini istismara verəcək.

Operatorun simsiz CDMA rabitə şəbəkəsinin nömrə tutumu 1,5 min ədədədək artırılıb. Bunlardan 1,4 mindən çoxu istismara verilib.

Şəki TKQ üzrə internet istifadəçilərinin sayı 8,2 min nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti