...

Azərbaycanın mobil rabitə operatoru pərakəndə kompüter şəbəkəsində 3G xidmətinin irəliləyişinə başlayıb

Telekommunikasiya Materials 8 Sentyabr 2010 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC pərakəndə kompüter şəbəkəsində 3G standartında mobil rabitə xidmətlərinin irəliləyişinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkət "DNS Computers" ilə "Azerfon-Vodafone" brendinin pərakəndə kompüter şəbəkəsində irəliləyişinə dair razlıaşma imzalayıb.

"DNS Computers" şirkətinin pərakəndə kompüter şəbəkəsi paytaxt ərazisində yerləşən 15-dən çox ticarət nöqtəsindən ibarətdir.

"Azerfon"un imzaladığı sənədin şərtlərinə əsasən, "DNS Computers" mağazalar şəbəkəsi "Azerfon-Vodafone" mobil rabitə operatorunun rəsmi tərəfdaşı qismində çıxış edəcək və DNS mağazalarında operatorun bir sıra məhsullarını satışa çıxaracaq.

Tərəfdaşlığın əsas istiqamətləri 3G xidmətinin, daha dəqiq desək, portativ kompüterlərə qoşulacaq 3G+ modemlərinin irəliləməsi olacaq. Alıcılar altı ay ərzində 1 Gb aylıq pulsuz internet qazanacaqlar.

"Azerfon" şirkətinin 3G şəbəkəsinin məlumatları ötürmə sürəti 7,2 Mbit/s-yə çatır ki, bu da multimedialı kontentin operativ yüklənməsinə, yüksəksürətli internetə, elektron poçta çıxışa və əlavə faylların mübadiləsinə imkan verir. 3G şəbəkəsinin istifadəçiləri mobil telefon vasitəsilə böyük həcmdə məlumatları və videotəsvirləri qəbul edə və ötürə bilərlər.

Xəbər lenti

Xəbər lenti