...

Azərbaycanda "Dövlət Fərdi İnformasiya Sisteminin Reyestr Qaydaları" təsdiq olunub

Telekommunikasiya Materials 5 Oktyabr 2010 13:27 (UTC +04:00)
Azərbaycanda "Dövlət Fərdi İnformasiya Sisteminin Reyestr Qaydaları" təsdiq olunub.
Azərbaycanda  "Dövlət Fərdi İnformasiya Sisteminin Reyestr Qaydaları" təsdiq olunub

Аzərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "Dövlət Fərdi İnformasiya Sisteminin Reyestr Qaydaları" təsdiq olunub.

Qaydalar Azərbaycan Prezidenti İlham Əliyevin 4 oktyabr fərmanı ilə imzalanıb.

Dövlət başçısının fərmanına əsasən, reyestr operatoru informasiya sisteminin dövlət qeydiyyatı və ləğvini, həm kağız, həm də elektron daşıyıcılar vasitəsilə idarəni təmin edən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

İdarə, həmçinin, metodiki, informasiya-linqvistik və proqram-texniki dəstək, reyestrdən çıxarışların edilməsi, arxivləşdirmə və reyestrə daxil edilən məlumatın saxlanılması, həmçinin, dövlət reyestrinin davamlı fəaliyyətini təmin etməyə xidmət göstərir.

Hüquqi və fiziki şəxslər reyestr operatorunun internet-resursunda yerləşdirilən informasiya sistemi haqqında məlumat almaq hüququna malikdirlər.

Xəbər lenti

Xəbər lenti