...

"Trüb AG" Azərbaycana biometrik pasportların kompleks sisteminin həyata keçirilməsi üzrə məsləhət və xidmətlər təqdim edəcək

Telekommunikasiya Materials 10 Noyabr 2010 14:09 (UTC +04:00)
İsveçrənin "Trüb AG" şirkəti Azərbaycana Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun yeni nəsil biometrik pasportların kompleks sisteminin işlənməsi və həyata keçirilməsi üçün layihələrin idarə olunmasına dair hərtərəfli məsləhət və xidmətlər təqdim edəcək. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
"Trüb AG" Azərbaycana biometrik pasportların kompleks sisteminin həyata keçirilməsi üzrə məsləhət və xidmətlər təqdim edəcək

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir H.Vəliyev/

İsveçrənin "Trüb AG" şirkəti Azərbaycana Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) standartlarına uyğun yeni nəsil biometrik pasportların kompleks sisteminin işlənməsi və həyata keçirilməsi üçün layihələrin idarə olunmasına dair hərtərəfli məsləhət və xidmətlər təqdim edəcək. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Trüb AG" şəxsiyyəti təsdiqləyən sənədlərin hazırlanması üzrə dünyada aparıcı şirkətdir.

Azərbaycanın biometrik pasportlarında inteqrallaşdırılmış kontaktsız çip olan polikarbonat səhifə olacaq. Səhifələr lazer oyması ilə optiki personallaşdırılacaq və müxtəlif birləşdirilmiş təhlükəsizlik funksiyalarını ehtiva edəcək. Məlumatların polikarbonat səhifəsi 10 il üçün nəzərdə tutulub.

Şirkət pasportların verilməsi ilə məşğul olacaq 12-yə yaxın personallaşdırma mərkəzinin layihələndirilməsi və inşasını həyata keçirəcək. Bu məqsədlə o lazer maşınları və Trackstar proqram təminatının alışını həyata keçirəcək. Trackstar sistemi "Trüb AG" şirkəti tərəfndən şəxsiyyəti təsdiq edən sənədlərin personallaşdırılması və idarə olunması üçün işlənmiş effektiv şəbəkədir.

"Trüb AG" həmçinin, uzunmüddətli perspektivdə reallaşdırdığı şəbəkələrin texniki xidmətinin və saxlanmasının təmin edilməsi üçün məsuliyyət daşıyır. Şirkət Azərbaycan hakimiyyətini şəxsiyyəti təsdiq edən sənədlərlə tanışlıq prosesi, eləcə də məlumatların toplanması, açıq açarlar infrastrukturundan (PKI-Public Key Infrastructure) istifadə zamanı dəstəkləyəcək. PKI sistemi çipdəki məlumatların məxfiliyinin (pasport sahibi haqda fərdi məlumatları, üzün və iki barmağın izinin təsvirlərini) qorunmasını təmin edəcək ümummilli sertifikatlaşdırılmanın yaradılması üçün tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti