...

Mobil rouminq tarifləri əsassız olaraq yüksəkdir – Azərbaycanın rabitə naziri

Telekommunikasiya Materials 24 Noyabr 2010 12:00 (UTC +04:00)
Regional Rabitə Əməkdaşlığı çərçivəsində işçi qrup yaradılacaq və bu qrup mobil rabitə operatorlarının təqdim etdikləri rouminq xidmətləri üzrə tariflərin aşağı salınmasına dair məsələlərin həlli ilə məşğul olacaq.
Mobil rouminq tarifləri əsassız olaraq yüksəkdir – Azərbaycanın rabitə naziri

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir H.Vəliyev/

Regional Rabitə Əməkdaşlığı (RRƏ) çərçivəsində işçi qrup yaradılacaq və bu qrup mobil rabitə operatorlarının təqdim etdikləri rouminq xidmətləri üzrə tariflərin aşağı salınmasına dair məsələlərin həlli ilə məşğul olacaq. Bu barədə çərşənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Abbasovun sözlərinə görə, bu məsələyə noyabrın 23-də Bakıda keçirilən RRƏ Rabitə administrasiyaları rəhbərləri Şurasının 43-cü iclasında baxılıb.

"Regional Rabitə Əməkdaşlığı həm MDB, həm də Baltik və Şərqi Avropa ölkələrini özündə birləşdirir. Belə təşkilat çərçivəsində qərar qəbul edilməsi fayda verə bilər. Çünki bu qurumun tərkibinə daxil olan rabitə administrasiyaları mobil rabitə operatorlarına təsir göstərmək imkanına malikdirlər. Bundan sonra biz bu istiqamətdə ciddi işləyəcəyik", - o, deyib.

Nazirin sözlərinə görə, RRƏ çərçivəsində yaradılan xüsusi işçi qrup birbaşa danışıqlar aparacaq. O, həmçinin rouminq tariflərinin azalacağına ümidini ifadə edib.

"Bu gün rouminq tarifləri əsassız olaraq yüksəkdir. Bu da yolverilməzdir", - Ababsov bildirib.

Xəbər lenti

Xəbər lenti