...

"Bakcell" onlayn ödəmə sisteminə qoşulub

Telekommunikasiya Materials 11 Dekabr 2010 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın prosessinq mərkəzi "AzeriCard" Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC-ni onlayn ödəmə sisteminə qoşub. Bu barədə şənbə günü "AzeriCard"dan məlumat verilib.

Onlayn ödəmə sistemi operator abunəçilərinə həm "Bakcell"in korporativ internet resursu (www.bakcell.com), həm də VISA, VISA Electron, MasterCard və Maestro elektron bank kartlarından istifadə edərək /www.azericard.com/, /ode.az/ və digər saytlar vasitəsilə xidmətləri ödəməyə imkan verəcək.

Bu günə onlayn ödəmələr vasitəsilə Azercell, Azerfon (NarMobile, Azerfon-Vodafone) və Catel (Fonex) mobil rabitə operatorları xidmətlərinin ödənişini həyata keçirmək olar.

Mövcud plastik kartların təhlükəsizliyinə 3D Secure təhlükəsiz texnologiyalar sistemi ilə zəmanət verilir.

Bu günə "AzeriCard" prosessinq mərkəzi tərəfindən "AzeriCard" sistemində xidmət göstərən plastik kart sahibləri üçün internet-ödəmələrin həyata keçirilməsi zamanı 3D Secure parolunu daxil etmək üçün modul aktivləşdirilib.

Xəbər lenti

Xəbər lenti