...

Nar Mobile "Xalqın Seçimi" adına layiq görülüb

Telekommunikasiya Materials 20 Dekabr 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

"Consalting&Business" jurnalı Nar Mobile brendini "İlin Şirkəti" mükafatının "Xalq Seçimi" nominasiyasında qalib elan edib.

2010-cu il dekabrın 18-də Nar Mobile, 2010-cu il ərzində əhatə dairəsinin sürətli artımı, 3G texnologiyasının təqdim edilməsi və yüksək keyfiyyətli xidmətlərin tətbiqinə görə "Consulting&Business" jurnalının biznes və iqtisadiyyat sahəsindəki "İlin Şirkəti" Milli Mükafatına layiq görülüb.

"Xalq Seçimi" nominasiyasında Nar Mobile-ın qalib seçilməsinin əsas göstəriciləri, 2010-cu ildə 3G texnologiyasnın tətbiqini elan etdikdən sonra, yüksək sürətli internetdən istifadə etmək imkanı verən 3G modemlər, Video Zəng, Mobil TV kimi innovativ xidmətləri təqdimatı, ölkə ərazisində 80 faiz əhatə dairəsinin yaradılması, bir çox sosial layihələrin həyata keçirilməsi olub.

Tədbirdə iştirak edən Azerfon şirkətinin baş direktoru cənab Yurgen Pitz təqdim olunan mükafatı yükək qiymətləndirərək söyləyib: "Azerfon şirkəti Nar Mobile brendi ilə Azəbaycan mobil rabitə bazarında dinamik inkişaf templərini nümayiş etdirir. Abunəçilərin istək və tələblərinə cavab verən xidmət və məhsulların təqdim edilməsi bu inkişafın əsas göstəricilərindəndir. Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, Nar Mobile təqdim etdiyi yüksək keyfiyyətli xidmət, məhsul və münasib qiymət göstəricilərinə görə xalqın rəğbətini qazanıb. Biz "Xalq Seçimi" mükafıtına layiq görüldüyümüzdən çox məmnunuq. Bu mükafat abunəçilərə daima yüksək keyfiyyətli rabitə xidmətlərinin göstərilmə strategiyamızın uğurla həyata keçirilməsinin nəticəsidir".

Bu gün Nar Mobile-ın şəbəkəsi ölkənin 80 faizini əhatə edir. Şirkət 1,7 milyonadək abunəçiyə xidmət göstərib və ölkədə 3G texnologiyasını tətbiq edib. Təqdim olunan sərfəli tariflər, keyfiyyətli xidmət, qabaqcıl məhsul və ölkə miqyaslı şəbəkə əhatəsi onun yüz minlərlə paytaxt və region sakinlərinin seçiminə çevrilməsini reallaşdırır.

Xəbər lenti

Xəbər lenti