...

Azərbaycanda mobil rabitənin yayılma səviyyəsi 100 faizə çatıb

Telekommunikasiya Materials 6 Yanvar 2011 11:12 (UTC +04:00)
2010-cu ilin yekunları üzrə Azərbaycanda mobil rabitə operatorlarının abonent bazası 1 342 880 abonent artaraq 9 100 000 təşkil edib.
Azərbaycanda mobil rabitənin yayılma səviyyəsi 100 faizə çatıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir H.Vəliyev/

2010-cu ilin yekunları üzrə Azərbaycanda mobil rabitə operatorlarının abonent bazası 1 342 880 abonent artaraq 9 100 000 təşkil edib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Nazirliyin statistikasına görə, 2009-cu ildə mobil rabitə xidmətlərindən 7 757 120 abonent istifadə edib.

Mobil rabitə abonentlərinin sayı

2003-cü il

1 057 100

2004-cü il

1 456 500

2005-ci il

2 242 000

2006-cı il

3 323 500

2007-ci il

4 519 000

2008-ci il

6 548 000

2009-cu il

7 757 120

2010-cu il

9 100 000

Nazirliyin 2010-cu ilin sonlarına olan məlumatına görə, Azərbaycanda mobil rabitənin yayılma səviyyəsi 100 faizə çatıb. Bu göstərici 2009-cu ildə 86,2 faiz təşkil edib.

Mobil rabitənin yayılma səviyyəsi

2003-cü il

12,8

2004-cü il

17,4

2005-ci il

26,8

2006-cı il

39,0

2007-ci il

52,4

2008-ci il

75,0

2009-cu il

86,2

2010-cu il

100

Ötən il ərzində telekommunikasiya sektoru üzrə əldə olunan gəlirlərin 70 faizindən çoxu mobil rabitə operatorlarının payına düşüb.

Xəbər lenti

Xəbər lenti