...

"Yandeks.Pul" ödəniş sistemi Azərbaycan bazarına çıxıb

Telekommunikasiya Materials 28 Mart 2011 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/

"Yandeks.Pul" ("Яндекс.Деньги") elektron ödəniş sistemi Azərbaycan bazarına çıxıb. Bu barədə Trend-ə bazar ertəsi "Yandeks.Pul"un nümayəndəsi deyib.

Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycan ərazisində "Yandeks.Pul"un elektron pul kisəsini "Contact" pul köçürmələri sisteminin ofislərində doldurmaq mümkündür.

"Elə orada hesabın identifikasiyasını aparmaq olar. Bu, istifadəçi 15 min rubldan çox ödəniş etmək istədikdə mümkündür", - şirkət nümayəndəsi bildirib.

Ödəniş sistemi şəbəkədə bir-birinə pul köçürməyə və malları ödəməyə imkan verir. Hesaba daxil edilən pul vəsaitləri sistemin məzənnəsi üzrə hesablanır və "Yandeks.Pul"un hesabına rublda köçürülür ki, sonradan onlardan onlayn-mağazalarda ödəniş etmək mümkün olsun. Vəsaitlərin köçürülməsi üçün faiz 1,5-dən 2 faizədək təşkil edir.

"Contact" sisteminin köməyi ilə istifadəçilər öz vəsaitlərini yerli valyuta ilə öz elektron pul kisələrindən çıxara bilərlər.

Martın 28-dən etibarən "Yandeks.Pul" yeni xidmət - hesab üzrə əməliyyatlar haqqında SMS-bildiriş xidmətini təklif etməyə başlayıb. SMS-bildiriş xidmətinə yazılmaqla telefonda bütün ödənişlər və köçürmələr barədə məlumat əldə etmək olar. Xidmətin qiyməti ayda 20 rubl təşkil edir.

Martın 28-nə olan rəsmi məzənnə 0.0279 AZN/RUR təşkil edir.

Xəbər lenti

Xəbər lenti