...

Azərbaycanın .az domen zonasında internet-resursların sayı 4,43 faiz artıb

Telekommunikasiya Materials 1 Aprel 2011 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Vəliyev/

.az milli domen zonasında 11 367 internet-resurs qeydə alınıb. Trend-in məlumatına görə, xəbəri cümə günü WHOIS resursu yayıb.

İlin əvvəli ilə müqayisədə .az milli domen zonasında qeydə alınan internet-resursların sayının artımı 4,43 faizi ötüb.

Qeydə alınan saytların ümumi sayından 10 346 ədəd domendə birinci səviyyəli qeydə alınan resursların payına düşür. İkinci səviyyəli daha populyar domen .com.az sayılır. Orada 560 sayt qeydə alınıb. .edu.az domen zonasında qeydə alınan internet-resursların sayı isə 128 sayt təşkil edir.

Dünya statistikasına əsasən, dünyada aktiv domen adların ümumi sayı (aprelin 1-nə olan vəziyyətə görə) 130 154 105 ədəd təşkil edir. Daha sıx zona .com hesab edilir. Orada indi 94 313 530 internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Onun domenində 13 939 568 aktiv ad var. Üçüncü yerdə .org-dur. Orada 9 553 428 sayt var.

.az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manata bərabərdir. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

Xəbər lenti

Xəbər lenti