...

"Microsoft Azerbaijan" elektron rəqəmsal imzalar platformasını təqdim edəcək

Telekommunikasiya Materials 28 Aprel 2011 15:54 (UTC +04:00)
Elektron rəqəmsal imzalar platforması Microsoft İnnovasiya Günü qlobal təşəbbüsü çərçivəsində təqdim olunacaq.
"Microsoft Azerbaijan" elektron rəqəmsal imzalar platformasını təqdim edəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H.Vəliyev/

Elektron rəqəmsal imzalar platforması Microsoft İnnovasiya Günü qlobal təşəbbüsü çərçivəsində təqdim olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Microsoft Azerbaijan" şirkətinin məlumatında deyilir.

Layihə "Elektron imza və elektron sənəd haqqında" qanuna uyğun olaraq "Ultra", "Azerin" və "Microsoft"un yerli nümayəndəliyinin təşəbbüsü ilə mayın 3-də keçiriləcək.

İnnovasiya Günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Microsoft Azerbaijan", həmçinin Azərbaycanın "Ultra" və "Azerin" şirkətləri tərəfindən birgə təşkil olunacaq.

Forumun keçirilməsində məqsəd müasir texnologiyaların Azərbaycan iqtisadiyyatına və insan fəaliyyətinin müxtəlif sahələrinə təsiri haqqında fikir mübadiləsinin aparılmasıdır.

Forumda İKT-nin, iqtisadiyyatın müxtəlif sahələrində innovasiyaların tətbiqinin əhəmiyyəti, innovasiyaların tətbiqi şəraitində bizneslə tərəfdaşlıq və digər məsələlər müzakirə olunacaq. Milli iqtisadiyyatda innovasiyaların inkişafına piratlığın təsirinə xüsusi diqqət ayrılacaq.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, Azərbaycanın aparıcı şirkətlərinin rəhbərləri, həmçinin informasiya texnologiyaları sahəsinin mütəxəssisləri iştirak edəcəklər.

Microsoft İnnovasiya Günü Azərbaycanda ənənəvi olaraq 2007-ci ildən keçirilir.

"Microsoft Azerbaijan" şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun vəzifələrinə proqram təminatı bazarının inkişafı və korporasiyanın məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, korporasiyanın ən yeni məhsullarının lokallaşdırılması və Azərbaycan ərazisində sosial layihələrin həyata keçirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti