...

Azərfon şəbəkəsini müasirləşdirir, metro stansiyalarında xidməti genişləndirir və 4G texnologiyasının tətbiqinə hazırlaşır

Telekommunikasiya Materials 13 May 2011 14:22 (UTC +04:00)
Hazırkı GSM və 3G şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirən və müasirləşdirən mobil operator Azerfon-un müştəriləri tezliklə mükəmməl rabitə xidmətlərindən faydalana biləcək.
Azərfon şəbəkəsini müasirləşdirir, metro stansiyalarında xidməti genişləndirir və 4G texnologiyasının tətbiqinə hazırlaşır

Azərbaycan, Bakı, 13 may /Trend/

Hazırkı GSM və 3G şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirən və müasirləşdirən mobil operator Azerfon-un müştəriləri tezliklə mükəmməl rabitə xidmətlərindən faydalana biləcək. Nokia Siemens Networks (NSN) şirkəti ilə imzalanan müqaviləyə əsasən Azerfon şəbəkənin genişləndirliməsi üçün 65 milyondan artıq ABŞ dolları sərmayə qoyaraq Azərbaycanda yüksək keyfiyyətli şəbəkə keyfiyyətini təmin etmək üzrədir. NSN şirkəti bunun üçün artıq hazırlıq işlərinə başlamış və yeni şəbəkə artıq 2011-ci ilin sonuna tamamlanacaq. Müqaviləyə əsasən Nokia Siemens Networks Azerfon-un şəbəkəsini ən müasir avadanlıqlarla təchiz edəcək.

"2011-ci il Azerfon abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. 2011-ci ildə şəbəkə təkmilləşdirilməsi planımıza əsasən, biz GSM və 3G stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırır, şəhərin bütün metro stansiyalarında tam şəbəkə əhatəsini təmin edir, və Azərbaycanın mobil internet sürətində növbəti sıçrayış olacaq LTE (4G) şəbəkəsinin quraşdırılmasına başlamışıq", - Azerfon-un baş icraçı müdiri Yurgen Pitz bildirib.

"Biz şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 3G və 4G texnologiyası təchizatında dünya lideri ola Nokia Siemens Network (NSN) şirkətini icraçı qismində seçdik, və bu əməkdaşlıq nəticəsində 2011-ci ilin sonunadək ölkə üzrə bizim 1600-dən artıq (GSM/3G/4G) stansiyalarımız tam fəaliyytdə olacaq. Beləliklə, ilin sonunadək Azerfon Azərbaycanda yüksək keyfiyyətli şəbəkə əhatəsi təmin etmiş olacaq. Həmçinin, bu il biz şəhərin metro stansiyaları və stansiyalar arası tunel xəttlərində də keyfiyyətli şəbəkə quracağıq . Məqsədimiz hər iki brendimizin - Nar Mobile və Azerfon-Vodafone-nun, istifadəçilərini müasir şəbəkə, ən yaxşı xidmətlər və ən sərfəli qiymətlərlə təmin etməkdir", - Pitz qeyd edib.

"Biz Azerfonun 2011 şəbəkə modernizasiyası və genişləndirilməsi planının icraçısı seçildiyimiz üçün çox şadıq. İmzaladığımız müqavilə GSM şəbəkəsinin modernizasiyası, yeni 3G stansiyalarının quraşdırılması və LTE (4G) şəkəsinin Nokia Siemens Networks avadanlıqları və həlləri əsasında qurulmasını nəzərdə tutur. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru şəbəkəsinin əsaslı yenilənməsi üçün NSN şirkətini seçmişdir və beləliklə, 2011-ci ildə şirkətin abunəçiləri dünya standartlarına tam cavab verən mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər. Biz Azərbaycan abunəçiləri üçün ən qabqcıl rabitə xidmətlərini təqdim etməyə imkan verən müasir şəbəkəni Azerfon şirkətinə təqdim edəcəyimizə görə fəxr edirik", - NSN-nin MDB ölkələri üzrə rəhbəri Ernst Nassl bildirib.

Xəbər lenti

Xəbər lenti