...

Kabel televiziyasının tezlikləri Azərbaycanda 3G-nin tətbiqi üçün cəlb ediləcək

Telekommunikasiya Materials 4 Avqust 2011 12:55 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3-cü nəsil (3G) mobil rabitə xidmətlərinin tətbiqinin genişləndirilməsi və hazırda efir-kabel şəbəkəsində istismar edilən radiotezliklərin mobil operatorların istifadəsinə verilməsi imkanlarını müzakirə edir.
Kabel televiziyasının tezlikləri Azərbaycanda 3G-nin tətbiqi üçün cəlb ediləcək

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3-cü nəsil (3G) mobil rabitə xidmətlərinin tətbiqinin genişləndirilməsi və hazırda efir-kabel şəbəkəsində istismar edilən radiotezliklərin mobil operatorların istifadəsinə verilməsi imkanlarını müzakirə edir. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Bu məsələnin baxılmasında bilavasitə GSM standartının 3 operatoru - "Azercell", "Bakcell" və "Azerfon" şirkətləri iştirak edir.

Nazirlik tərəfindən protokol tərtib olunub və iştirakçılar tərəfindən imzalanıb.

Protokolda göstərilir ki, 3G xidmətlərinin təşkili üçün zəruri tezliklərdən istifadə hüququnun verilməsi ilə bağlı Azercell və Bakcell şirkətlərinin "B&B TV Kommunikeyşn" MMC arasında imzalanmış müqavilənin surəti RİTN-ə təqdim etməlidirlər.

Daha sonra "Azercell Telekom" MMC və "B&B TV Kommunikeyşn" MMC, həmçinin "Bakcell Ltd" MMC və "B&B TV Kommunikeyşn" MMC arasında əldə olunan birgə razılaşmalara əsasən qeyd olunan tezliklərin "B&B TV Kommunikeyşn" MMC-dən geri alınaraq "Azercell Telekom" və "Bakcell Ltd" MMC-lərə mövcud qaydalara əsasən ayrılmasına baxılması RİTN tərəfindən RTDK-nin müzakirəyə çıxarılmalıdır.

Protokolun 4-cü bəndinə əsasən, "3G" xidmətləri ilə yanaşı, mobil sektorun inkişafı məqsədilə digər xidmətlərin tətbiqi və genişləndirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə aşağıda qeyd olunan məsələlərin icrası hər 3 mobil rabitə operatoru tərəfindən təmin edilməlidir.

Bu bəndə əsasən, operatorlar nömrə daşınmasının həyata keçirilməsi üçün öz telekommunikasiya şəbəkələrindəki bütün texniki məsələləri həll etməli, operatorlararası bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərini yerinə yetirməli, 3 ay ərzində rouminq tariflərinin azaldılması istiqamətində işi davam etdirməli və yeni tariflərin öz internet səhifələrində yerləşdirməlidirməlidirlər.

Bu protokolun şərtləri təmin olunduqdan sonra nazirlik "Azercell Telekom" MMC-yə və "Bakcell Ltd" MMC-yə dupleks fərqi 190 MHs və bir ədədi 15 MHs olan 2 tezlik zolağı verməyə hazır olacaq.

Xəbər lenti

Xəbər lenti