Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir H.Vəliyev/
BMT-nin İnkişaf Proqramı əhalinin dövlət reyestrinin ehtiyat mərkəzinin işinin təmin edilməsi üçün İT-avadanlıqların alışı və quraşdırılması, eləcə də proqram təminatı üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BMT-nin İnkişaf Proqramının məlumatında deyilir.
İştirakçıların tender təklifləri noyabrın 25-i saat 18:00-dək BMT-nin Azərbaycandakı nümayəndəliyinin binasında qəbul edilir (Bakı şəhəri, BMT-nin 50 illiyi küçəsi, 3).
Tender təkliflərinin açılması noyabrın 26-sı saat 11:00-da baş tutacaq.
Əlavə məlumat üçün: (012) 404-42-47
Əlaqəli şəxslər: Nigar Tağıyeva, Fikrət Xankişiyev