...

KATV1 operatoru Azərbaycanda kabel internet xidmətlərinin göstərilməsinə başlayır (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 15 Dekabr 2011 15:41 (UTC +04:00)
KATV1 kabel televiziyası operatoru kabel internet xidmətlərini göstərməyə başlayıb.
KATV1 operatoru Azərbaycanda kabel internet xidmətlərinin göstərilməsinə başlayır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:09-da yayılıb)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir H.Vəliyev/

KATV1 kabel televiziyası operatoru kabel internet xidmətlərini göstərməyə başlayıb. Bu barədə cümə axşamı Trend-ə operatorun mətbuat xidmətinin rəhbəri Hüseyn Hüseynzadə deyib.

Kabel internet xidmətləri ayın sonunadək KATV1 şəbəkəsinin istifadəçiləri üçün əlçatan olacaq.

Hüseynzadə bildirib ki, xidmətlərin dəyərinə gəldikdə, baza yayım paketi ilə 2 Mbit/saniyəlik minimum paket 16 manata başa gələcək. Bu gün baza yayım paketinin qiyməti 9 manat təşkil edir.

Onun sözlərinə görə, şirkət tərəfindən korporativ səviyyədə aparılan internet xidmətlərinin test sınaqlarının nəticələri olduqca uğurlu olub.

"Hazırda Bakı şəhərinin Nərimanov rayonunda, eləcə də 1-ci və 9-cu mikrorayonlarda xidmət göstərilir. Paytaxtın bu rayonlarında yaşayan abunəçilər artıq yaxın müddətdə kabel internet xidmətlərinə qoşula biləcəklər", - Hüseynzadə bildirib.

Hüseynzadənin əvvəl dediyinə görə, xidmətlər işə salındıqdan sonra kabel modemləri abunəçilərə pulsuz şəkildə veriləcək. Bir şərtlə ki, onlar birbaşa KATV1 şəbəkəsində istifadə edilsin.

Xəbər lenti

Xəbər lenti