...

Azərbaycanda telekommunikasiya xidmətləri üzrə tariflər 1,3 faiz azalıb

Telekommunikasiya Materials 27 Dekabr 2011 16:33 (UTC +04:00)
Noyabrda qeydə alınan mobil rabitə xidmətləri üzrə qiymət azalması oktyabrla müqayisədə 1,8 faiz təşkil edib.
Azərbaycanda telekommunikasiya xidmətləri üzrə tariflər 1,3 faiz azalıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir H.Vəliyev/

Noyabrda qeydə alınan mobil rabitə xidmətləri üzrə qiymət azalması oktyabrla müqayisədə 1,8 faiz təşkil edib. Bu da ümumilikdə telekommunikasiya sahəsi üzrə tariflərin 1,3 faiz azalmasına təsir edib. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.

Qeyd edilən dövrdə əhaliyə poçt rabitə xidmətlərinin göstərilməsi üzrə 0,4 faiz bahalaşma qeydə alınıb.

Məlumata əsasən, ilin əvvəlindən noyabra qədər mobil rabitə xidmətləri üzrə tariflərin 5,4 faiz, internet xidmətləri üzrə 11,3 faiz, stasionar telefon rabitə xidmətləri üzrə 1,2 faiz və universal rabitə xidmətləri üzrə 1,2 faiz azalması qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti