...

Facebook-da 1 statusda rekord sayda şərh toplamış yarışın qalibi müəyyənləşdi

Telekommunikasiya Materials 6 Yanvar 2012 17:10 (UTC +04:00)
26 yaşlı Rəşad Mehdiyev "Nar Mobile" tərəfindən keçirilən yarışmanın qalibi olub.
Facebook-da 1 statusda rekord sayda şərh toplamış yarışın qalibi müəyyənləşdi

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

26 yaşlı Rəşad Mehdiyev "Nar Mobile" tərəfindən keçirilən yarışmanın qalibi olub. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi facebook səhifəsinə daxil olub sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub.

Trend-in məlumatına görə, yarışmanın əsas şərti isə yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisinin yazılması olub.

Viktorina Nar Mobile-ın rəsmi facebook səhifəsində (www.facebook.com/NarMobile.Official) keçirilib.

Qalib isə özünün də dediyi kimi, 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 4 yanvar 2012-ci il, saat 05:32 - 07:32 arasında qalib olmağı bacarıb.

Xəbər lenti

Xəbər lenti