Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir H.Vəliyev/
2011-ci ilin yekunu üzrə Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) tərəfindən Azərbaycanda yayıma maneə yaradan 333 təsbit edilmiş stansiya, 127 DVB-T stansiyası, 114 FM və 61 analoq televiziya stansiyası qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin məlumatında deyilir.
Bundan başqa, 2011-ci ilin yekunu üzrə Dövlət Radiotezliklər İdarəsi tərəfindən BTB-yə baxılması üçün 43 DVB-T rəqəmsal televiziya stansiyası, 60 ədəd təsbit edilmiş stansiya, FM dalğasında fəaliyyət göstərən 7 stansiya haqqında sorğular təqdim edilib.