...

Azərbaycanın İT-avadanlıqlar istehsalçıları Rumıniyaya ixracat üçün imkan əldə edəcək

Telekommunikasiya Materials 28 Fevral 2012 19:27 (UTC +04:00)
Azərbaycanın İT-avadanlıqlar istehsalçıları məhsullarını Rumıniya bazarına ixrac etmək üçün imkan qazanacaqlar.
Azərbaycanın İT-avadanlıqlar istehsalçıları Rumıniyaya ixracat üçün imkan əldə edəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT-avadanlıqlar istehsalçıları məhsullarını Rumıniya bazarına ixrac etmək üçün imkan qazanacaqlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Bu barədə Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota Bakıda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla keçirdiyi görüşdə deyib.

Fotanın sözlərinin görə, bunun üçün bütün zəruri əlverişli imkanlar mövcuddur.

Tərəflər İKT sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Nazir Rumıniyanın UTI və "Sweco" şirkətlərinin "Bakutel 2011" sərgi-konfransında iştirakını yüksək qiymətləndirib və ümid etdiyini bildirib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycan şirkətləri də dünya bazarına çıxış əldə edə biləcək.

Görüşdə informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti