...

"Ailə NET" internet-provayderi abonentlərinə Novruz hədiyyəsi hazırlayıb

Telekommunikasiya Materials 19 Mart 2012 17:48 (UTC +04:00)
"Ailə NET" internet-provayderi yeni xidmət növləri tətbiq etməyə davam edir.
"Ailə NET" internet-provayderi abonentlərinə Novruz hədiyyəsi hazırlayıb

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Ailə NET" internet-provayderi yeni xidmət növləri tətbiq etməyə davam edir. Belə ki, Azərbaycanda və Cənubi Qafqazda ilk fiber-optik internet-provayderi olan "Ailə NET" Novruz bayramı ərəfəsində daha bir layihəyə imza atıb.

Trend-in məlumatına görə, artıq "Ailə NET" abonentləri Azərbaycan və dünya filmlərini, müxtəlif janrlarda olan musiqiləri və kompüter oyunlarını "Ailə NET Mediateka" (http://media.ailenet.az) saytından yükləyə biləcəklər. Bu sayt Novruz bayramı ərəfəsində istifadəyə verilib.

Ailə NET-in Mediateka saytı "Kino", "Musiqi" və "Oyun" adlanan üç hissəyə bölünüb. Kino hissəsində abonentlər Azərbaycan və dünya kinematoqrafiyasının istehsalı olan müxtəlif janrlarda filmlər barədə məlumat ala biləcək və həmin filmləri yükləyə biləcəklər.

Saytdan istifadəni asanlaşdırmaq üçün olduqda rahat interfeys yaradılıb. Saytın üst hissəsində ən yeni filmlərin kadrları əks olunan manşet yerləşdirilib. Bu manşet vasitəsilə istifadəçilər həm yeni filmlər barədə məlumat ala biləcək, həm də onları yükləyə biləcəklər. Manşet hissəsində filmlərin yükləmə sayı da göstərilib. Yükləmə sayı artdıqca bu rəqəm də dəyişir. Bu da öz növbəsində, filmlərin reytiqini müəyyən etməyə yardımçı olur. "Ailə TV Kinozal" telekanalında indiyə qədər nümayiş olunan və bundan sonra da nümayiş olunacaq filmlərin hamısını bu saytda tapmaq mümkündür.

Saytda filmlərin axtarışı üçün də sadə və funksional interfeysdən istifadə olunub. Saytın "Kino" bölməsinin sol tərəfində yerləşdirilmiş modul sayəsində müxtəlif dövrlərdə istehsal olunmuş filmləri axtarmaq mümkündür. Bunun üçün filmin janrı və illər seçilir və "Filtr" düyməsi sıxılır. Filtrasiya əməliyyatı həyata keçirildikdən sonra müəyyən dövr kəsimində istehsal olunmuş filmlər eranda göstərilir.

Saytda rejissorlar haqqında məlumatlar da yerləşdirilib. Rejissorlar haqqında məlumatların olduğu bölmədə istənilən rejissorun müxtəlif illərdə çəkdiyi filmləri də tapmaq mümkündür.

"Ailə NET Mediateka" saytının musiqi bölməsi də öz funksionallığı ilə digər saytlardan fərqlənir. Saytın bu hissəsində Azərbaycanın və dünyanın ən məşhur musiqiçilərinin albomlarını yükləmək mümkündür. Saytda klassik musiqilərlə yanaşı, ən yeni və xit albomlar da yer alıb.

Saytın "Oyunlar" bölməsindən "Action", "Logical", "Strategy" və digər janrlarda ən populyar oyunları yükləmək mümkündür. Hazırda saytda son dövrlərin ən məşhur oyunları olan "Assasin", "Prince of Persia" və başqa oyunlar yerləşdirilib. Saytdakı oyunların sayı durmadan artır.

Mediateka saytında istifadəçilər üçün "Şəxsi kabinet" xidməti də istifadəyə verilib. İstifadəçilər saytda qeydiyyatdan keçməklə öz "Şəxsi kabinet"lərini yarada bilərlər. Şəxsi kabinet istifadəçilərə bir sıra üstünlüklər verir. Şəxsi kabinetdə istifadəçilərin artıq yüklədikləri filmlərin qeydiyyatı aparılır. Siyahıya baxmaqla istifadəçilər müəyyənləşdirə bilərlər ki, hansı filmləri artıq yükləyiblər. Bundan başqa, saytın istifadəçiləri yükləməyi nəzərdə tutduqları filmləri də qeyd edə bilərlər. Şəxsi kabinetdə filmlər üçün nəzərdə tutulan funksiyalar eynilə musiqi və film hissəsinə də aiddir.

"Ailə NET Mediateka" saytının əsas üstünlüyü ondan ibarətdir ki, bu saytda dünya kinematoqrafiyasının ən son istehsalı olan filmlər yerləşdirilir. İnsanlar axtarış sistemlərində, müxtəlif saytlarında tapa bilmədikləri filmləri məhz "Ailə NET Mediateka" saytından yükləyə biləcəklər.

Ailə TV-nin müştəri xidmətlərinə - (012) 920 nömrəsinə zəng vurmaqla və ya "Ailə TV"-nin rəsmi "Facebook" səhifəsində (http://fabebook.com/aile.tv) suallar yerləşdirməklə Mediateka saytı ilə bağlı daha ətraflı məlumat əldə etmək mümkündür.

Qeyd edək ki, "Ailə NET" internet-provayderi 2010-cu ildən etibarən Bakı şəhərinin Nizami və Xətai rayonlarında 100-ə yaxın binaya genişzolaqlı fiber-optik internet xidməti göstərməyə başlayıb. Hazırda Ailə NET-in əhatə dairəsi sürətlə genişləndirlir. 2014-cü ilə qədər bütün Bakı ərazisini genişzolaqlı fiber-optik internetlə təmin olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti