...

Azərbaycan bazarındakı noutbukların böyük hissəsi bərpa olunanlardır - ekspert

Telekommunikasiya Materials 2 Aprel 2012 10:07 (UTC +04:00)
Azərbaycan bazarında satılan noutbukların böyük hissəsi bərpa olunanlardır. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın "Innova" İT-şirkətinin (qurğuların təmirini həyata keçirir) direktoru Kamran İsazadə bildirib.
Azərbaycan bazarındakı noutbukların böyük hissəsi bərpa olunanlardır - ekspert

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan bazarında satılan noutbukların böyük hissəsi bərpa olunanlardır. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın "Innova" İT-şirkətinin (qurğuların təmirini həyata keçirir) direktoru Kamran İsazadə bildirib.

Onun sözlərinə görə, bu qurğular əsasən kiçik şirkətlər tərəfindən alınıb satılır. Həmin şirkətlər onları birbaşa istehsalçının zavodundan alır. Son istifadəçinin noutbukların təmir edildiyini bilməsi üçün onların seriya nömrələrini "Bərpa olunanlar" ("Refurbished") kimi nişanlayır.

"Nəzərə alsaq ki, bu qurğuların qiyməti istehsalçının zavodunda aşağıdır, o zaman noutbukların satışı ilk növbədə zavodun nişanladığı koddan uğurla azad olan və onları yeni qurğu kimi satanlara xeyirlidir. Ancaq peşəkarlar bərpa olunan noutbukları müəyyənləşdirə bilər", - İsayev deyib.

Onun sözlərinə görə, 3-4 il əvvəl paytaxtın kompüter maqazinlərinin piştaxtalarında "bərpa olunan" noutbuklara praktiki olaraq rast gəlinmirdi. Nəzərə alınsa ki, onların təmiri xeyli baha başa gəlirdi, o zaman satıcı alıcı qarşısında zəmanət öhdəliklərinin yerinə yetirilə bilməməsindən ehtiyatlanırdı.

"Bu gün bu qurğuların təmir imkanları o qədər asandır ki, onların satışı ilə məşğul olanların çoxunun (əsasən kiçik şirkətlər) bu barədə düşünməsinə ehtiyac qalmır. "Bərpa olunan" noutbuklara əsasən mobil telefon satışı salonlarında təsadüf edilir. Belə noutbuklar Dubay və ABŞ-dan gətirilən qurğular arasında üstünlük təşkil edir", - İsayev qeyd edib.

Dünya venderlərinin servis mərkəzləri noutbukların təmiri zamanı "bərpa olunan" komplekt hissələrindən (əsas plata) istifadə edirlər. Bunlar anbarda olacağı təqdirdə qısa müddət ərzində əvəz edilə bilər. Əgər onlar anbarda yoxdursa, tədarük iki həftəyədək vaxt apara bilər.

Təmir edilməli olan ana plata istehsalçının zavoduna göndərilir. Təmirdən sonra o, "Refurbished" kimi nişanlanır.

Xəbər lenti

Xəbər lenti