...

Azərbaycan və Litva "e-hökumət" sahəsində əməkdaşlıq edəcək

Telekommunikasiya Materials 3 Aprel 2012 17:41 (UTC +04:00)
Azərbaycan və Litva "elektron hökumət"in qurulması və elektron-rəqəmsal imzanın tətbiqi sahəsində təcrübə mübadiləsi üzrə razılıq əldə ediblər.
Azərbaycan və Litva "e-hökumət" sahəsində əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və Litva "elektron hökumət"in qurulması və elektron-rəqəmsal imzanın tətbiqi sahəsində təcrübə mübadiləsi üzrə razılıq əldə ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Rabitə və İnformasiya Teexnologiyaları Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına əsasən, İT sahəsində əməkdaşlıq haqqında məsələ aprelin 2-də Bakıda keçirilən hökumətlərarası komissiyanın ikinci iclasında nəzərdən keçirilib.

Tərəflər, həmçinin informasiya-kommunikasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti