...

Azərbaycanda 250-yə yaxın qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 10 Aprel 2012 13:19 (UTC +04:00)
Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Efirə nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü ərzində 246 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.
Azərbaycanda 250-yə yaxın qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Efirə nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü ərzində 246 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə DRİ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Ötən dövr ərzində DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 133 təşkilat, müəssisə və şirkətlərdə istsmar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Qeydiyyatdan keçməyən REV-in ümumi sayından 120 (48,8 faiz) ədədi qeydiyyata salınıb, 53 (21,5 faiz) ədədi möhürlənib və 73 (29,7faiz) ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 11 protokol yazılmış və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Xəbər lenti

Xəbər lenti