...

Azərbaycanda İT-nin İnkişafı Fondunun yaradılması üzrə təklif razılaşdırılmaya təqdim edilib

Telekommunikasiya Materials 11 Aprel 2012 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında təkliflər paketi baxılması üçün ölkənin dövlət strukturlarına təqdim edilib. Bu barədə çərşənbə günü Trend-ə layihəyə yaxın olan mənbə bildirib.

Təkliflər paketi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanıb. Nazirliyə Fondun Əsasnaməsinin təsdiq edilməsi üçün üç ay vaxt verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 15-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti