...

"Nar Mobile" metropolitendə mobil rabitə xidmətlərinin tam spektrini təmin edəcək

Telekommunikasiya Materials 26 Aprel 2012 18:37 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru artıq yaxın vaxtlarda 2G xidmətlərinə əlavə olaraq, paytaxtın bütün metrostansiyalarında 3G xidmətlərinə də başlayacaq.
"Nar Mobile" metropolitendə mobil rabitə xidmətlərinin tam spektrini təmin edəcək

Azərbaycan, Bakı, 26 aprel /Trend/

"Nar Mobile" mobil operatoru artıq yaxın vaxtlarda 2G xidmətlərinə əlavə olaraq, paytaxtın bütün metrostansiyalarında 3G xidmətlərinə də başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Hazırda şirkətin təqdim etdiyi xidmətlərdən metropolitenin "Sahil", "Nizami", "28 May", "Memar Əcəmi", "Azadlıq" stansiyalarında istifadə etmək mümkündür. Xidmətə səsli rabitə, mətnli SMS-lərin göndərilməsi, məlumatların göndərilməsi və internetə çıxış kimi xidmətlər daxildir. Hazırda "Nar Mobile" 3G xidmətlərini saniyədə 14,4 Mb sürəti ilə göstərir.

"Ölkənin innovativ, sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" artıq yaxın günlərdə abunəçilərini növbəti dəfə sevindirmək niyyətindədir. Bir müddət öncə xəbər vermişdik ki, bir sıra metrostansiyalarda şirkətin mobil xidmətlərindən istifadə etmək mümkündür, lakin yaxın günlərdə isə artıq abunəçilərimiz bütün metropoliten stansiyalarında tam mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər. Bu gün "Nar Mobile" xidmətlərini saniyədə 14,4 Mb sürətlə göstərir, bu isə o deməkdir ki, şirkətin xidmətləri tam olaraq Avropa standartlarına uyğundur. Şirkət abunəçilərinə yüksəksəviyyəli xidmət göstərmək üçün, şəbəkənin genişləndirilməsi üçün 85 milyon dollar ayırıb. Məhz bunun nəticəsidir ki, "Nar Mobile" bu gün bazarda öz liderliyini qoruyub saxlaya bilir. Ümid edirəm ki, yaxın vaxtlarda təqdim edəcəyimiz bütün metrostansiyalarda mobil xidmət təkcə paytaxt sakinlərinin deyil, həmçinin ölkəmizə gələcək turistlərin də mobil ehtiyaclarını tam ödəyəcək", - "Nar Mobile" şirkətinin baş icraçı direktoru Yurgen Pits bildirib.

"Nar Mobile" brendi ilə ilə tanınan "Azerfon" telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti