...

Azərbaycanda orta ixtisas təhsili üzrə vahid idarəetmə portalı yaradılıb (FOTO)

Telekommunikasiya Materials 15 Oktyabr 2012 17:26 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və "Ultra" şirkəti "Orta ixtisas təhsilinin vahid idarəetmə portalı"nı yaradıblar.
Azərbaycanda orta ixtisas təhsili üzrə vahid idarəetmə portalı yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva, H.Vəliyev/

Azərbaycan Təhsil Nazirliyi və "Ultra" şirkəti "Orta ixtisas təhsilinin vahid idarəetmə portalı"nı yaradıblar.

İKT İnformasiya Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu sistemin tətbiqi üçün respublikada fəaliyyət göstərən 59 kollecin 5-də - Bakı Kompüter Kolleci, Bakı Pedaqoji Kolleci, Bakı Maliyyə-İqtisad Kolleci, Bakı Neft və Energetika Kolleci, Bakı Musiqi Kollecində artıq hazırlıq işlərinə başlanılıb.

"Orta ixtisas təhsilinin vahid idarəetmə portalı" iki hissədən - "Ümumi sosial sayt" və "Lokal sistem"dən (məlumatlar bazası) ibarətdir.

Ümumi sosial sayt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən kolleclər haqqında məlumat əldə etmək olar. Bu portalın üstünlüyü odur ki, valideyn öz övladının qabiliyyətinə uyğun düzgün ixtisas seçə bilər. Həmçinin, gələcək tələbələr təhsil alacaqları kollecin tədris planı haqqında əvvəlcədən ətraflı tanış olmaq imkanı qazanırlar.

Saytda yerləşdirilən xüsusi xəritə həmin kollecdəki fakültələr, ixtisaslar, müəllim və tələbə heyəti haqqında geniş məlumat toplamaq imkanı verir. Bundan əlavə, kollec müəllimləri, eyni zamanda tələbələr göstərilən saytda qeydiyyatdan keçməklə, öz təklif və şərhlərini həmkarları arasında bölüşmək imkanı qazanırlar.

Sistemdə kollec əməkdaşlarının (rəhbərlik, müəllim heyəti, digər işçilər) və təhsil alan tələbələrin şəxsi işləri və s. məlumatlar da yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti