...

"Azercell" özünün ən son yeniliklərini "BakuTel" sərgisində təqdim edir

Telekommunikasiya Materials 6 Noyabr 2012 16:38 (UTC +04:00)
Noyabrın 6-da Bakıda 18-ci "Telekommunikasiya və informasiya texnologiyaları" - BakuTel-2012 beynəlxalq sərgisi işə başlayıb. "Azercell Telekom" MMC sərginin baş sponsoru və iştirakçısı qismində çıxış edir.
"Azercell" özünün ən son yeniliklərini "BakuTel" sərgisində təqdim edir

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 6-da Bakıda 18-ci "Telekommunikasiya və informasiya texnologiyaları" - BakuTel-2012 beynəlxalq sərgisi işə başlayıb. "Azercell Telekom" MMC sərginin baş sponsoru və iştirakçısı qismində çıxış edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "BakuTel" sərgisi təkcə Azərbaycanın deyil, ümumilikdə Xəzəryanı regionda İKT sahəsinin əsas və gözlənilən hadisələrindən birinə çevrilib. Telekommunikasiya avadanlıqları, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük forum olan "BakuTel-2012" sərgisində bu il ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edir.

"Baku Expo" mərkəzində keçirilən sərgidə ayrıca stendlə təmsil olunan "Azercell Telekom" MMC Azərbaycanın telekommunikasiya bazarına gətirdiyi ən son yenilikləri təqdim edir. Bir müddət öncə 4G-nin Azərbaycanda kommersiya tətbiqinə başlayan və beləliklə Azərbaycanı MDB məkanında bu texnologiyanın tətbiq olunduğu ilk ölkəyə çevirən "Azercell", həmişə olduğu kimi dünyada mövcud olan ən son yenilikləri və ən mükəmməl texnologiyanı Azərbaycana gətirməkdə birincidir.

Bu yenilikəri sırasında Virtual Kart xidmətini xüsusi qeyd etmək lazımdır. Abonentlər xüsusi proqram təminatını yükləyərək internetdə ödəniş üçün virtual bank kartları yarada biləcəklər. Virtual kartların əsas üstünlüyu ondan ibarətdir ki, onlar daha sürətli xidmətə imkan verəcək, daha təhlükəsizdirlər və kart oğurluğu, istənilməyən xidmətlərə abunəlik, gözlənilməyən artıq xərclər kimi xoşagəlməz halların qarşısını alacaq.

Sərgidə "Azercell" Mobil TV xidmətini də nümayiş etdirir. Artıq təkmilləşdirilmiş sistem mobil telefonda yüksək keyfiyyətli televiziya proqramlarını izləmək imkanıı verəcək.

Sərgidə təqdim olunan yeniliklərdən bir çoxu isə abunəçilərin gündəlik həyatını daha da asanlaşdırmağa yönəlik cihazlar və əlavələrdir. M2M texnologiyası və onun üzərində çalışacaq yükləmələr və cihazlar abunəçilərə özlərinin müəyyən tibbi göstəricilərini ölçüb mobil şəbəkə vasitəsilə avtomatik olaraq həkimə göndərmək, enerjinin sərf olunma miqdarını ölçüb verilənlərin bazasına göndərilməsini təmin etmə imkanı, quraşdırılmış xüsusi kameranın köməyi ilə hava kimi bir çox göstəriciləri avtomatik ölçüb birbaşa ekrana çıxarmaq imkanı verəcək.

Sərgini ziyarət edən "Azercell" abonentləri şirkətin pavilyonunda müxtəlif xidmətlərlə yanaşı, həm də bazara yeni çıxan smartfon, planşet modelləri ilə tanış olmaq, onların xüsusiyyətlərini birbaşa sınamaq imkanından yararlanacaqlar. Tədbir iştirakçıları Azercell-in stendində təqdim olunan xidmətlərə həsr olunan videoçarxı izləməklə də əlavə məlumat ala biləcəklər. "Azercell" abonentləri həmişə olduğu kimi pavilyonda keçirilən müxtəlif viktorinalar, oyunlarda iştirak etməklə dəyərli hədiyyələr qazanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti