...

Misir Mərdanov: Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının səviyyəsi kafidir

Telekommunikasiya Materials 27 Noyabr 2012 11:54 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkə hökumətinə təhsil sisteminin informasiyalaşdırılması layihəsinin növbəti mərhələsini təqdim edib.
Misir Mərdanov: Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının səviyyəsi kafidir

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycan Təhsil Nazirliyi ölkə hökumətinə təhsil sisteminin informasiyalaşdırılması layihəsinin növbəti mərhələsini təqdim edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, yeddi il üçün nəzərdə tutulmuş layihənin təsdiqlənəcəyi gözlənilir. Layihə çərçivəsində təhsil sisteminin informasiyalaşdırılması, məktəblərin qlobal şəbəkəyə qoşulması və informasiya texnologiyaları sahəsində müəllim heyətinin bacarıqlarının artırılması üzrə işlər davam etdiriləcək.

"Maarifləndirici sistemin informasiyalaşdırılmasının indiki səviyyəsini tamamilə kafi hesab etmək olar və sahənin maliyyələşdirilməsi nəticəsində informasiyalaşdırmanın səviyyəsi yalnız yüksələcək", - nazir bildirib.

Mərdanovun sözlərinə görə, bu gün müəllim heyətinin yarısından çoxu - bu təqribən 80 min müəllim edir - informasiya texnologiyaları sahəsində bacarıqlarının artırılması kursları keçib. Bu göstərici üzrə Azərbaycan ortalama dünya göstəricilərini qabaqlayır.

Məktəblərin kompüter avadanlıqları ilə təchiz olunmasına gəlincə, nazir bildirib ki, bu gün hər 20 şagirdə bir kompüter düşür.

"Bizim əsas vəzifəmiz bu göstəricini azaltmamaqdan və məktəblərə verilən kompüterlərin təyinat üzrə istifadə olunmasından ibarətdir. Həmçinin vacib aspektlərdən biri informasiya texnologiyaları sahəsində müəllimlərin savad səviyyəsinin, həmçinin məktəblərin internetə qoşulmalarının sayının artırılmasıdır", - Mərdanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti