...

ULTRA NikoilBank-da avtomatlaşdırılmış “elektron sənəd dövriyyəsi” sistemini həyata keçirdi

Telekommunikasiya Materials 19 Dekabr 2012 13:16 (UTC +04:00)
ULTRA şirkətin mütəxəsisləri NikoilBank-da vahid komanda şəklində DocLogix E-sənəd dövriyyəsi sistemini 6 ay ərzində uğurla tətbiq etdi.
ULTRA NikoilBank-da avtomatlaşdırılmış “elektron  sənəd dövriyyəsi” sistemini həyata keçirdi

ULTRA şirkətin mütəxəsisləri NikoilBank-da vahid komanda şəklində DocLogix E-sənəd dövriyyəsi sistemini 6 ay ərzində uğurla tətbiq etdi. Doclogix E-sənəd dövriyyəsi sistemi daxil olan və göndərilən sənədlərin, həmçinin, daxili yazışmaların avtomatlaşdırılması bankdaxili 100 istifadəçi üçün nəzərdə tutulmuşdur.

Sənəd dövriyyəsi digər xarici informasiya sistemləri ilə rahat inteqrasiya edir ki, bu da əməkdaşların əməliyyat risklərinin səhvlərini əhəmiyyətli dərəcədə aşağı endirir, bununla məlumatları bir sistemdən digərinə mexaniki olaraq daxil edilməsinə ehtiyac qalmır. Kağız sənədlərinin axını saxlanılması, arxivləşdirilməsi, uçotu, axtarışı və qeydiyyata alınması prosesi çox vaxt apardığından bu biznes prosesi işini effektivliyini azaldır.
E- sənəd dövriyyəsi sistemi, bankın idarə olunması prosesində mühüm rol oynayır və onun imkanlarına sənədlərin yaradılması, razılaşdırılması, təsdiqlənməsi və rəhbərlik tərəfindən verilən tapşırıqlara nəzarət funksionallığı daxildir.

Tətbiq edilmiş sistemin üstünlükləri:
• Sənəd layihələri üzrə işləməyin rahatlığının təmin edilməsi və sistemləşdirilməsi;
• Veb brauzer vasitəsilə bütün istifadəçilərin serverdə effektiv çalışma imkanı;
• Bütün sənədlərin serverdə olması ilə bağlı, heç bir sənədin itmə təhlükəsi olmaması;
• Istənilən yerdən şifrələnmiş bağlantı vasitəsilə sənədlərə daxil olma, imzalama və gözdən keçirmə imkanı;
• Daxil olmuş sənədlərlə bağlı e-mail və ya digər operativ məlumatlandırma funksional imkanların olması.

Gələcəkdə, NikoilBankda sistemin genişləndirilməsi baxımından əlavə istifadəçi lisenziyaların alınması və sistemin mobil versiyası İOS və Android əməliyyat sistemindən istifadəsi planlaşdırılır.
Ultra şirkəti tərəfindən bu sistemin digər Azərbaycan banklarında tətbiqi olduqca, bankların iş fəaliyyətinin effektivliyi artacaq və biznes proseslərin işini daha da asanlaşacaqdır. Dünya praktikası göstərir ki, Doclogix E-sənəd dövriyyəsi tək banklarda deyil, həmçinin, müxtəlif biznes sahələrində də tətbiq edilməsi məqsədəuyğundur. "Doclogix" Avropada informasiya sistemlərinin idarə edilməsi sahəsində uğurlu elektron həll kimi tanınmışdır. Baltikyanı ölkələrdə biznes proseslərin idarəedilməsi və sənəd dövriyyəsi sistemlərinin tətbiqi sahəsində liderdir. Sənəd dövriyyəsi sahəsində 16 illik təcrübədən faydalanaraq, 7 il bazarda iş fəaliyyətinə, 20-ə yaxın beynəlxalq tərəfdaş, 25.000-ə qədər istifadəçiyə, 170-dən artıq müəssisələrdə tətbiq və digər bu kimi təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti