...

Əli Abbasov: Azərbaycanda nömrələrin daşınması xidməti uzağı apreldə tətbiq ediləcək

Telekommunikasiya Materials 21 Yanvar 2013 11:27 (UTC +04:00)
Azərbaycanın stasionar rabitə operatorları nömrələrin daşınması xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə hazır olmalıdırlar.
Əli Abbasov: Azərbaycanda nömrələrin daşınması xidməti uzağı apreldə tətbiq ediləcək

Azərbaycan, Bakı, 21 yanvar / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın stasionar rabitə operatorları nömrələrin daşınması xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə hazır olmalıdırlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

"Bu xidmətin tətbiqi üçün texniki hazırlığı başa çatdırmağa macal tapmayan operatorlar var", - nazir deyib.

Buna baxmayaraq, Abbasovun dediyi kimi, xidmət aprelin birindən gec olmayaraq mobil rabitə operatorlarının şəbəkələrində tətbiq olunacaq. Bundan əvvəl bu xidmətin martadək işə salınması planlaşdırılmışdı.

Nömrələrin daşınması xidməti "Azercell" və "Bakcell" şəbəkələrində ödənişsiz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti