...

Rabitə Nazirliyi elektron imzanın beynəlxalq səviyyədə tanınmasını planlaşdırır

Telekommunikasiya Materials 27 Yanvar 2013 14:04 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda verilən elektron-rəqəmsal imzanın beynəlxalq səviyyədə tanınmasına çalışmağı planlaşdırır. Bu barədə cümə günü Trend-ə MHM-dən bildiriblər.
Rabitə Nazirliyi elektron imzanın beynəlxalq səviyyədə tanınmasını planlaşdırır

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda verilən elektron-rəqəmsal imzanın beynəlxalq səviyyədə tanınmasına çalışmağı planlaşdırır. Bu barədə cümə günü Trend-ə MHM-dən bildiriblər.

Mərkəz hazırda ISO/IEC 27001 informasiya təhlükəsizliyinə dair beynəlxalq standart üzrə sertifikasiyadan keçir.

"Hazırda demək olar ki, hazırlıq prosesi artıq yekunlaşıb və ümumi prosedura əsasən, ilkin mərhələdə audit keçiriləcək. İndiyədək keyfiyyətin idarə olunması menecmenti üzrə sertifikasiyadan keçmişik. İndi informasiya təhlükəsizliyi üzrə sertifikatların alınması ərəfəsindəyik", - mərkəzdən qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti