...

Azərbaycanın TASIM layihəsinin iştirakçılarının siyahısı genişlənir

Telekommunikasiya Materials 18 Fevral 2013 19:57 (UTC +04:00)
Yaxın vaxtlarda Gürcüstan, Bolqarıstan və Ukraynanın Trans-Milli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə qoşulması gözlənilir.
Azərbaycanın TASIM layihəsinin iştirakçılarının siyahısı genişlənir

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir H.Vəliyev/

Yaxın vaxtlarda Gürcüstan, Bolqarıstan və Ukraynanın Trans-Milli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə qoşulması gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov hakim Yeni Azərbaycan Partiyasını rəsmi saytına müsahibəsində deyib.

Məmmədovun sözlərinə görə, indi beş ölkənin telekommunikasiya operatorları (Çin, Qazaxıstan, Rusiya, Azərbaycan və Türkiyə) layihənin reallaşması üçün konsorsium yaratmaq üzərində işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti