...

"ASAN xidmət" "Microsoft" korporativ lisenziyalaşdırma proqramının həyata keçirilməsini tamamlayıb

Telekommunikasiya Materials 6 Mart 2013 19:35 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") iş stansiyalarının proqram təminatı "Microsoft" korporativ lisenziyalaşdırma proqramının həyata keçirilməsini başa çatdırıb.
"ASAN xidmət" "Microsoft" korporativ lisenziyalaşdırma proqramının həyata keçirilməsini tamamlayıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") iş stansiyalarının proqram təminatı "Microsoft" korporativ lisenziyalaşdırma proqramının həyata keçirilməsini başa çatdırıb. Bu barədə çərşənbə günü Trend-ə "Ultra" şirkətindən bildiriblər.

Sistem inteqratoru funksiyasını yerinə yetirən "Ultra" şirkəti üzərinə texniki işlər qoyulan struktur qismində seçilib.

İşlər "Microsoft Enterprice Agreement" korporativ lisenziyalaşdırma proqramına uyğun aparılıb.

"Əgər sifarişçi "Enterprise Agreeement"ə abunə olursa, o, "Software Insurance" kimi məhsul alır", - bunu çərşənbə günü Trend-ə "Microsoft Azerbaijan"ın nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.

"Bu, məhsulun hər hansı versiyası çıxan zaman ona görə pul ödəməməyin qarantıdır. Əgər hər hansı təşkilat yeni versiyaya keçmirsə, o zaman təşkilat müvafiq olaraq pullarını havaya sovurur. Daim zamanla ayaqlaşmaq və yeni məhsullardan istifadə etmək imkanları əldə etmək üçün yeni versiyaya keçid vacibdir. Hazırda bu sazişi və "Software Insurance" məhsulu olan sifarişçilərin əksəriyyəti "Windows 8"-ə keçir", - Hacıəlibəyov qeyd edib.

Onun sözlərinə görə, "Microsoft Enterprise Agreement" çərçivəsində təklif edilən bütün yeni müqavilələrə demək olar ki, "ОС Windows 8" daxil edilib. Buna baxmayaraq, müəyyən istisnalar da var. Məsələn, "in house software" "Windows 7" və ya daha əvvəlki versiyanı tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti