Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/
Elektron-rəqəmsal imzaların (ERİ) alınması ilə bağlı müraciətlər artıq "Azərpoçt" MMC-nin şöbələrində də qəbul olunur. Bu barədə cümə axşamı Trend-ə MMC-dən bildirilib.
Elektron imzaların verilməsi, həmçinin ərizənin alıcılar tərəfindən təqdim edilməsi və imzanın dəyərinin ödənişindən sonra poçt rabitəsinin şöbələri tərəfindən həyata keçirilir.
Elektron imzanın qiyməti onun istifadə müddətindən və istifadəçinin kateqoriyasından asılı olaraq dəyişir.
Elektron-rəqəmsal imzalarla bağlı tariflər:
İmzanın istifadə dövrü |
Əhali üçün elektron-rəqəmsal imzanın qiyməti |
Dövlət strukturları üçün elektron-rəqəmsal imzanın qiyməti |
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron-rəqəmsal imzanın qiyməti |
1 il |
14 manat |
80 manat |
60 manat |
2 il |
22 manat |
114 manat |
|
3 il |
30 manat |
168 manat |
|
Qiymətlər ƏDV nəzərə alınmaqla göstərilib |
Rəqəmsal imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar. İmzanın alınması haqqında ətraflı məlumatı e-imza.az elektron ünvanı vasitəsilə öyrənmək olar.