...

Azərbaycanda nömrələrin daşınması xidmətinin tətbiqinə mayın 10-dan başlanacaq

Telekommunikasiya Materials 4 Aprel 2013 17:10 (UTC +04:00)
Abonentlərin öz nömrələrini saxlamaqla gigər operatorlara keçmə imkanını verən nömrələrin daşınma xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə mayın 10-dan başlanacaq.
Azərbaycanda nömrələrin daşınması xidmətinin tətbiqinə mayın 10-dan başlanacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir H.Vəliyev/

Abonentlərin öz nömrələrini saxlamaqla gigər operatorlara keçmə imkanını verən nömrələrin daşınma xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinə mayın 10-dan başlanacaq. Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mətkəzindən (MHM) bildiriblər.

Xidmətin işə salınması Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə uyğunlaşdırılıb.

Sistem Məlumat Hesablama Mərkəzi tərəfindən idarə olunacaq. Sistemin işə salınması ilə bağlı müqavilə artıq hər üç mobil operatorla bağlanıb.

Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri daxilində ödənişsiz olacaq.

Xidmət data-kartlar üçün nəzərdə tutlmuş nömrələrə şamil edilməyəcək.

Xidmətdən üç ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti