...

Azərbaycan bazarında "TeliaSonera"nın satış həcmi azalıb

Telekommunikasiya Materials 19 Aprel 2013 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin birinci rübündə Azərbaycan bazarında "TeliaSonera" şirkətinin satış həcmi ötən ilin müvafiq dövründə qeydə alınan göstərici ilə müqayisədə 0,7 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin yanvar-mart aylarının yekunlarına dair hesabatında bildirilir.

"TeliaSonera"nın qiymətləndirməsinə görə, satışdan əldə olunan xalis gəlir 51 milyon İsveç kronu (SEK) azalıb - 938 milyon SEK-dən 887 milyon SEK-ə.

Faizlərin, vergilərin və amortizasiya ayırmalarının (EBITDA marja) ödənişinə qədər şirkətin gəlirinin həcmi Azərbaycanda 51,7 faizdən 51 faizə düşüb ki, bu da gəlirlərin azaldılmasının tendensiyası kimi şərtləndirilib.

"TeliaSonera" Azərbaycanın mobil operatoru "Azercell" şirkətində iştirak payına sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti