...

"Elektron hökumət" portalına daxil olmaların sayında artım qeydə alınıb

Telekommunikasiya Materials 7 İyun 2013 18:11 (UTC +04:00)
2013-cü ilin yanvar-may aylarında "Elektron hökumət" (e-gov.az) portalına daxil olmaların sayı 216 min ədəddən çox olub.
"Elektron hökumət" portalına daxil olmaların sayında artım qeydə alınıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-may aylarında "Elektron hökumət" (e-gov.az) portalına daxil olmaların sayı 216 min ədəddən çox olub. Trend-in məlumatına görə, bu barədə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi "Elektron hökumət" bülletenində deyilir.

MHM-in məlumatına görə, ilin əvvəlindən portala baş çəkmənin 7,5 dəfə artması qeydə alınıb. İstifadəçilərin təqribən 6 faizi mobil qurğular (planşet və smartfon), qalanları isə stolüstü və portativ kompüterlərlə vasitəsilə daxil olublar.

Məlumatda deyilir ki, portala baş çəkmənin ümumi sayının 95 faizindən artığı Azərbaycanın payına düşür. ABŞ, Rusiya, Rumıniya, Böyük Britaniya, Türkiyə, Almaniya, Ukrayna, Avstraliya və digər ölkələrdən olan istifadəçilər də portala baş çəkirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti