...

Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır

Telekommunikasiya Materials 12 Avqust 2013 19:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu nanoölçülü tədqiqatlara başlayır.
Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu nanoölçülü tədqiqatlara başlayır. Bu barədə bazar ertəsi AMEA-nın yaydığı məlumatda bildirilir.

Bu məqsədlə insititut ultrabənövşəyi görünən işıq və infroqırmızı diapazonda işləyən ellipsometrik spektrometr sistemi, nanoölçülü kristalların optik xüsusiyyətlərini öyrənmək üçün atom qüvvə mikroskopu, rentgen sistemləri və günəş elementlərini xarakterizə edən qurğu alınıb. Bu cihazlar fizika elmində nanoölçülü tədqiqatlar üçün unikal elmi-texniki avadanlıqlardır.

AMEA Fizika İnstitutu maddi-texniki bazasını gücləndirir. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrant mükafatı almış layihə çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti