...

“HP” Azərbaycanda bir sıra irimiqyaslı layihələr həyata keçirməyə hazırlaşır

Telekommunikasiya Materials 14 Avqust 2013 17:41 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “НР Enterprise” qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rasrbixlerlə görüşüb.
“HP” Azərbaycanda bir sıra irimiqyaslı layihələr həyata keçirməyə hazırlaşır

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir H. Vəliyev/

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "НР Enterprise" qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rasrbixlerlə görüşüb.

Nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, görüş çərçivəsində Herbert Rasrbixler bildirib ki, son on il ərzində Azərbaycanda müşahidə olunan intensiv inkişaf, həyata keçirilən islahatlar və o cümlədən, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkəmizə ilk səfəri üçün zəmin yaradıb.

"Yerli tərəfdaşlarla keçirilən görüşlərdə "HP" şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr, o cümlədən "Xalq kompyuteri" layihəsi haqda ətraflı məlumat əldə etdim. Bu uğurlu təcrübənin digər ölkələrdə də tətbiqinin olduqca səmərəli olacağı qənaətindəyəm. Son illər qeydə alınan yüksək inkişaf fonunda biz Azərbaycanı regionun mərkəzi hesab edirik".

Bundan başqa, Herbert Rasrbixler gələn il "HP" şirkətinin Azərbaycan bazarında irimiqyaslı layihələrlə çıxış etmək niyyətində olduğunu bildirib.

"Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən İnformasiya Texnologiyaları Universitetinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətə başlaması gələcəkdə ölkədə İKT-nin intensiv inkişafına zəmin yaradacaq".

H. Rasrbixler, həmçinin bu ilin dekabr ayında Bakıda keçiriləcək "Bakutel-2013" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak edəcəyini də qeyd edib.

Öz növbəsində, nazir Əli Abbasov ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər, qlobal və regional layihələrin icrası və gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib.

Nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə insan kapitalının inkişafına yönələn mütərəqqi siyasətin həyata keçirildiyini vurğulayıb.

Daha sonra nazir sektor üzrə həyata keçirilən işlər kontekstində dünyanın aparıcı İT şirkəti olan "HP" ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti