...

“Ultra” şirkəti Network Technologies İncorporated”- in resseller statusunu alıb

Telekommunikasiya Materials 19 Avqust 2013 13:33 (UTC +04:00)
Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan ULTRA şirkəti daim innovasiya göstərir. Şirkət 2013-cü il avqust 6-da ABŞ-ın İT avadanlıq üzrə aparıcı şirkəti olan “NTİ” şirkəti tərəfindən resseller stasunu əldə etdi. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.
“Ultra” şirkəti Network Technologies İncorporated”- in resseller statusunu alıb

Azərbaycan, Bakı, 19 avqust /Trend /

Azərbaycanın ən böyük İT şirkətlərindən biri olan ULTRA şirkəti daim innovasiya göstərir. Şirkət 2013-cü il avqust 6-da ABŞ-ın İT avadanlıq üzrə aparıcı şirkəti olan "NTİ" şirkəti tərəfindən resseller stasunu əldə etdi. Bu barədə şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir.

1984-cü ildə təsis edilmiş NTI şirkəti ABŞ-da təhsil, tibb, mədəniyyət, hərbi sənaye və digər sahələrdə audio-video həllər üzrə öndə gedən aparıcı şirkətlərdən biridir. Şirkət kompüter, video- splitter mənbələri üçün KVM-(klaviatura,video,mouse), müxtəlif video protokol dəstəkləyicili konvertorlar, video siqnal ötürücülü kabel, adaptorlar və digər bu kimi yüksək keyfiyyətli cihazların istehsalçısıdır.

Qeyd edək ki, ULTRA şirkətinin peşəkar mütəxəssisləri 2001-ci ildən etibarən NTI-ilə qarşılıqlı əməkdaşlığına başlamışdırBunun nəticəsində ULTRA şirkəti ilk olaraq Azərbaycanda video-splitterların satın-alınmasına imza atdı.

Ultra şirkətinin İdxal və ixrac şöbəsinin müdiri Oleq Solin şərh edib:

"Biz bu əməkdaşlığa görə çox şadıq. Çünki hər şeydən öncə bu cür əməkdaşlıq, qarşılıqlı olaraq iş təcrübələrin mübadiləsi, qabaqcıl dunya texnologiyalarının ölkəmizə gətirilməsinə və onları gələcək layihələrimizdə tətbiq etməklə bu sahədə daha da inkişaf etməyimiz üçün əvəzedilməz bir imkandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti