...

Azərbaycan bankının Gürcüstanda olan törəmə qurumu “AzeriCard” prossesinq mərkəzinə qoşulub

Telekommunikasiya Materials 6 Sentyabr 2013 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan "ABB-Gürcüstan" bankı "AzeriCard" prosessinq mərkəzinə qoşulub. Trend-in məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Hazırda "Azericard" şəbəkəsi daxilində 1500 ədəd bankomat və 30 minə yaxın POS-terminala xidmət göstərilir.

Hazırda "Azericard" 30 banka xidmət göstərir. Azərbaycanda 43 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti