...

EPEG beynəlxalq kabel sistemi kommersiya istismarına verildi

Telekommunikasiya Materials 11 Sentyabr 2013 15:54 (UTC +04:00)
Beynəlxalq konsorsiumun həmtəsisçiləri "Rostelekom", "Vodafone", "Telecommunications Infrastructure Company" (TIC, İran) və "Oman Telecommunications Company" (Omantel) EPEG (Europe Persia Express Gateway) optik-lif kabel magistralının kommersiya istismarına verildiyini rəsmən elan ediblər.
EPEG beynəlxalq kabel sistemi kommersiya istismarına verildi

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq konsorsiumun həmtəsisçiləri "Rostelekom", "Vodafone", "Telecommunications Infrastructure Company" (TIC, İran) və "Oman Telecommunications Company" (Omantel) EPEG (Europe Persia Express Gateway) optik-lif kabel magistralının kommersiya istismarına verildiyini rəsmən elan ediblər. Bu barədə Trend "Rostelekom"a istinadən məlumat verir.

Magistral Qərbi Avropa və Yaxın Şərqi birləşdirdi. Şərqi Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçməklə Frankfurtu Omanın paytaxtı Maskatla birləşdirən xəttin ilkin tutumu 540 Gb/saniyədir.

Yeni kabel sisteminin ümumi uzunluğu təqribən 10 min kilometr, layihənin buraxılış qabiliyyəti isə 3,2 terabit/saniyə təşkil edib.

"Vodafone" Avropanı Rusiya sərhədinədək Ukrayna ilə birləşdirən magistralı hazırlayıb. "Rostelekom" isə Azərbaycandakı tərəfdaşı "DeltaTelecom" ilə birlikdə Rusiya-Ukrayna sərhədindən Azərbaycan sərhədinədək və Azərbaycandan İranadək olan xətti tikib. İrandan Fars körfəzinədək olan seqmentə görə isə TIC cavabdehdir. Omanadək olan xətti "Omantel" şirkəti tikir.

Yeni sistem Avropa və Yaxın Şərq arasında yeni telekommunikasiya tranzit marşrutunu ərsəyə gətirdi. Marşrutu gələcəkdə Fars körfəzi ölkələri və Hindistanadək çatdırmaq imkanı var. Xüsusilə, bu marşrut Qırmızı dəniz, Süveyş kanalı, Misir ərazisi və Aralıq dənizi kimi hazırda alternativsiz olan dəniz kabel xətlərinin sahələrini qabaqlamağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti