...

MobilBank xidmətinin abunəçiləri "Azərsu"nun xidmətlərini ödəmə imkanı əldə ediblər

Telekommunikasiya Materials 20 Sentyabr 2013 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir H. Vəliyev/

"AzeriCard" prosessinq mərkəzi MobilBank xidmətinin menyusunu genişləndirir. İndi MobilBank xidmətinin abunəçiləri "Azərsu" şirkətinin xidmətlərini ödəmə imkanı əldə ediblər.

"AzeriCard"dan cümə günü Trend-ə verilən məlumata görə, ödəməni aparmaq üçün ödəmələr menyusunda abunə kodunu və məbləği daxil etmək və əməliyyatı təsdiq etmək lazımdır.

MobilBank xidməti balansı yoxlamaq, hesabdan çıxarışı almaq, kartın oğurlanması və ya itirilməsi hallarda onu bloklaşdırmaq, pulu kartdan karta köçürmək, mobil operatorlarının, internet provayderlərinin, TV və kommunal şirkətlərinin xidmətlərini ödəmək, Cash by Code xidmətindən istifadə etmək və birdəfəlik parolları yaratmaq imkanı yaradır.

Gələcəkdə menyunun yeni ödənişlər və xidmətlər ilə genişləndirilməsi planlaşdırılır. Yeni MobilBankı təqdim edən bankların siyahısını, həmçinin xidmətin təlimatı və midleti yükləmək üçün linkləri burada tapmaq mümkündür: http://azericard.com/?p=13

Məqalədə:
Xəbər lenti

Xəbər lenti