...

ESCAP: Azərbaycanın TASİM layihəsi Avropa və Asiya arasında əhəmiyyətli marşrutdur

Telekommunikasiya Materials 12 Oktyabr 2013 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir H. Vəliyev/

"Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası (ESCAP - The United Nations Economic and Social Commission for Asia and the Pacific) tərəfindən regional transsərhəd yerüstü xəttin əsas nümunəsi kimi göstərilib. Bu barədə şənbə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, bu barədə bəyanat öz əksini Asiya yüksəksürətli informasiya (Asian Information Superhighway - AIS) magistralının inkişafı üzrə yekunlar və tövsiyələrdə öz əksini tapıb. Sənəd ESCAP-ın rəsmi saytında yerləşdirilib: unescap.org/idd/events/2013-Expert-Consultation/Summary%20report.pdf.
Sənəddə vurğulanır ki, TASİM layihəsi yalnız Avropa və Asiyanı birləşdirməyəcək, həm də AİS-in əhəmiyyətli hissələrindən biri olacaq.

ESCAP və TASİM katibliyi hər iki layihə üçün qarşılıqlı dəstək göstərirlər və Asiya və Sakit okean regionunda informasiya-kommunikasiya məkanının yaradılması üzrə birgə fəaliyyət göstərməyi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti