...

Azercell-in dəstəyi ilə Azərbaycandan olan "start-up"çılar ABŞ-a səfər ediblər

Telekommunikasiya Materials 28 Oktyabr 2013 18:21 (UTC +04:00)
Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində beynəlxalq münsiflər heyəti tərəfindən seçilən 6 "start-up"çı ABŞ-ın San Fransisko, Boston və Vaşinqton şəhərlərinə səfər ediblər.
Azercell-in dəstəyi ilə Azərbaycandan olan "start-up"çılar ABŞ-a səfər ediblər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində beynəlxalq münsiflər heyəti tərəfindən seçilən 6 "start-up"çı ABŞ-ın San Fransisko, Boston və Vaşinqton şəhərlərinə səfər ediblər.

İki beynəlxalq konfransda iştirak edən "start-up"çılar Microsoft, Dell, Ericsson kimi bir sıra digər şirkətlərin nümayəndələri ilə görüşüblər. Eyni zamanda, proqram çərçivəsində gənclər San Fransiskoda yerləşən "Google" şirkətinin baş ofisini ziyarət ediblər. San Fransiskodan sonra Bostona yollanan gənclərimiz daha bir texnoloji konfransda iştirak edərək öz layihələrini təqdim ediblər. Layihələr dünyanın dörd bir tərəfindən gəlmiş investorlar və vençur fondları tərəfindən böyük maraqla qarşılanıb.

Səfərin son günündə isə "start-up"çılar Vaşinqton şəhərində bir sıra təlimlərdə iştirak ediblər.

Beləliklə, Azercell-in dəstəyi ilə ABŞ-da keçirilən proqramda iştirak edən "start-up"çıların əldə etdikləri bilikləri Azərbaycanda tətbiq etmə imkanları olacaq.

Məlumat üçün bildirək ki, bu ilin dekabrında baş tutacaq yekun mərhələdə seçilmiş komandalar artıq öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcəklər. Qaliblərə 1 ədəd 10 min ABŞ dolları, 1 ədəd 7 500 ABŞ dolları və 1 ədəd 5 min ABŞ dolları dəyərində qrant təqdim olunması nəzərdə tutulur.

Xatırladaq ki, gənc sahibkarlar üçün həyata keçirilən proqramın qalibləri "Tuning Fork" layihəsi ilə Dilarə Rüstəmzadə, "NeWo" layihəsi ilə Rəhman Məmmədli, "Smart Safe House" layihəsi ilə Anar Rüstəmov, "Solar Panels" layihəsi ilə Mətanət Mehrabova, "Azikus" layihəsi ilə Azər Əliyev və "SocSet" layihəsi ilə Amid Quliyev olublar.

"Azercell Telekom" gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3 mindən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti