...

Bakıda "Asan İmza"dan istifadə zamanı vəsaitlərə qənaətin hesablanmasının kalkulyatoru təqdim ediləcək

Telekommunikasiya Materials 27 Noyabr 2013 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir H.Vəliyev/

"BakuTel-2013" sərgisində "Asan İmza" mobil rəqəmli imzadan istifadə zamanı vəsaitlərə qənaətin hesablanmasının kalkulyatoru nümayiş ediləcək. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri, "B.E.S.T. Solutions" şirkətinin təsisçisi Yana Krimpe deyib.

Xəzər dənizi və Qafqaz regionlarında ən iri "Bakutel-2013" telekommunikasiya və informasiya texnologiyaları sərgisi dekabrın 2-5-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək.

Onun sözlərinə görə, bu proqram Azərbaycan və Estoniya mütəxəssisləri tərəfindən birgə hazırlanıb. Kalkulyator "Asan İmza"dan istifadə zamanı kağız sənədlərin imzalanması üzrə xərclərin, eləcə də vəsaitlərə qənaət imkanlarını hesablamağa imkan verəcək.

"Asan İmza" mobil rəqəmli imzaların kalkulyatoru öz müştəriləri, tərəfdaşlar və təchizatçılarla müqavilələr imzalayan və ya başqa rəsmi kağız sənədlərlə (sifarişlər, aktlar, hesablar, işgüzar yazışma və s.) mübadilə edən təşkilatlar və şirkətlər üçün optimal vasitədir.

Krimpenin sözlərinə görə, sənədlərlə iş zamanı "Asan İmza" mobil rəqəmli imzalardan istifadə təşkilata ildə 120 min manatdan artıq vəsaitə qənaət etməyə imkan verəcək.

"B.E.S.T. Solutions" şirkətinin təsisçisi deyib: "Əgər şirkət və təşkilatlarda ayda orta hesabla əllə yeddi minə yaxın sənəd imzalanırsa, onların 10 faizi poçtla göndərilirsə, "Asan İmza"nın köməyi ilə hər ay işçilərin xərclərinə 9,5 min manata yaxın qənaət etmək mümkündür. Bundan başqa, sənədlərin çap olunması üçün iki min manatdan artıq və poçt xərcləri üçün 350 manatdan çox vəsaitə qənaət etmək mümkündür".

Krimpe hesab edir ki, kargüzarlıqda "Asan İmza" kalkulyatorundan istifadə öz müştəriləri və tərəfdaşları ilə yazılı müqavilələr bağlayan, kağızda böyük miqdarda bildirişlər, hesablar və başqa sənədlər göndərən müəssisələr üçün son dərəcə faydalı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti