...

Azərbaycanın mobil rabitə operatoru LTE şəbəkəsinin işə salındığını elan edib

Telekommunikasiya Materials 2 Dekabr 2013 14:49 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Riçard Şirer "Bakutel-2013" çərçivəsində keçirilən təqdimat zamanı bildirib.
Azərbaycanın mobil rabitə operatoru LTE şəbəkəsinin işə salındığını elan edib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC LTE şəbəkəsinin istismara verildiyini elan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Riçard Şirer "Bakutel-2013" çərçivəsində keçirilən təqdimat zamanı bildirib.

Onun sözlərinə görə, şəbəkənin kommersiya istismarına 2014-cü ilin əvvəlində veriləcəyi gözlənilir. Hazırda 3G şəbəkəsi də inkişaf etdirilir.

"Bakcell", həmçinin "ASAN İmza" mobil rəqəmli imzasının da iştifadəyə verildiyini bəyan edib.

Şirkətin baş direktorunun sözlərinə görə, hazırda korporativ istifadəçilər xidmətlərdən "ASAN Xidmət" mərkəzlərində istifadə edə bilərlər. Perspektivdə bütün abonentlərin onlardan istifadəsinin təmin olunması planlaşdırılır.

Şirerin qeyd etdiyi kimi, korporativ istifadəçilər üçün "ASAN İmza"nın dəyəri 158 manatdır, başqa abonentlər üçün isə qiymət aşağı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti