Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" şirkəti LTE şəbəkəsi bazasında səs rabitəsi xidmətini işə salıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə şirkətin baş direktoru Kiril Qaburiç bildirib.
Onun sözlərinə görə, hazırda bazarda bu rabitə standartını dəstəkləyən qurğu mövcuddur: "Hazırda şirkətin LTE şəbəkəsi Bakı və Abşeron yarımadasını əhatə edir. LTE-nin baza stansiyalarının sayı 252 ədəd təşkil edir".
Baş direktor deyib ki, LTE şəbəkəsindəki xidmətlərdən biri "Azercell"in Azərbaycan bazarında inkişaf etdirmək niyyətində olduğu "Ağıllı ev" xidmətidir.
Xidmət istifadəçiyə məsafədən elektrik cihazlarını idarə etmək, eləcə də başqa xidmətlərdən istifadə imkanı verir.