...

Azercell-in dəstəyi ilə növbəti innovativ layihələr müsabiqəsinin qalibləri elan edilib

Telekommunikasiya Materials 18 Dekabr 2013 19:54 (UTC +04:00)
Dekabr ayının 13-də "Hyatt Regency" hotelində "Azercell Telekom" MMC-nin Barama İnnovasiya Mərkəzinin və ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondunun birgə təşəbbüsü ilə mart ayından başlanan Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində gənc sahibkarlar üçün keçirilən seminarlar silsiləsinin final mərhələsi baş tutub.
Azercell-in dəstəyi ilə növbəti innovativ layihələr müsabiqəsinin qalibləri elan edilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Dekabr ayının 13-də "Hyatt Regency" hotelində "Azercell Telekom" MMC-nin Barama İnnovasiya Mərkəzinin və ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondunun birgə təşəbbüsü ilə mart ayından başlanan Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində gənc sahibkarlar üçün keçirilən seminarlar silsiləsinin final mərhələsi baş tutub.

Şirkətdən Trend-ə verilən məlumata görə, seminar iştirakçılarına informasiya, mobil və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarını təqdim edərək qrant qazanmaq və bu vəsait hesabına öz bizneslərini qurmaq imkanı verilib. Tədbirdə Mülki Tədqiqat və İnkişaf Fondunun nümayəndələri, həmçinin ABŞ-dan olan müstəqil ekspertlər informasiya texnologiyaları sahəsinə aid müxtəlif hesabatlarla çıxış edərək öz təcrübələrini bölüşüblər. Seminarın məqsədi gənc sahibkarlara öz fikirlərini reallaşdırmaqda dəstək olmaq və biznes strategiyaların yazılması üzrə biliklərini dərinləşdirməkdən ibarətdir.

Tədbirin sonunda iştirakçılar artıq təkmilləşdirilmiş biznes ideyalarını beynəlxalq hakimlərə təqdim ediblər və müqayisəli qiymətləndirmə nəticəsində onların arasında ən yaxşıları seçilib. Layihə çərçivəsində "Azercell" tərəfindən 1-ci yerin sahibi 10 min ABŞ dolları (sosial media üçün analitik SocSet layihəsinə görə Şaiq Muradov and Amid Quliyev), 2-ci yerin sahibi 7 500 ABŞ dolları (Günəş panelləri layihəsinə görə Mətanət Mehrabova), 3-cü yerin qalibi isə 5 min ABŞ dolları ilə (korporativ Azikus layihəsinə görə Azər Əliyev) mükafatlandırılıb.

Layihə çərçivəsində Azercell-in tərəfdaşı olan ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu qrantlar, texniki resurslar və təlimlər vasitəsilə beynəlxalq elmi və texniki əməkdaşlığa yardım etmək məqsədilə 17 il boyunca Avrasiya, Yaxın Şərq, Şimali Afrika və Cənubi Amerika ölkələri də daxil olmaqla, 30-dan çox ölkədə texnoloji layihələrin keçirilməsində təcrübəyə malikdir. Barama və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilənn Elm və Texnologiya Sahibkarlığı Proqramı isə hər kəsə cəmiyyətin tələblərini bazar imkanlarına çevirmək fürsətini bəxş edir. Məlumat üçün bildirək ki, ETSP-nın əsas məqsədi Azərbaycanda texnologiya sahəsində sahibkarlığın təşviqi və ona dəstək göstərməkdən ibarətdir.

Eyni zamanda qeyd edək ki, Barama İnnovasiya Mərkəzində mütəmadi olaraq istedadlı gənclərin biznes təşəbbüsləri qəbul edilir və onların uğurla reallaşdırılması üçün imkanlar yaradılır. Bununla da Mərkəz Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində istedadlı gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti